Müasir dövrdə bir çox yeniliklər, ağıla sığmaz kəşflər
olsa da insanların qarşılaşdığı bir çox problemlər də vardır. Belə qlobal
problemlərdən biri də yayılan xəstəliklərdir.Əsrlər boyu insanlar bir çox xəstəliklərin
qurbanı olmuş və bu xəstəliklərə qarşı mübarizə aparmışlar. Bu gün bütün
dünyanın mübarizə apardığı Covid-19 adlanan gözəgörünməz bir düşmən var. Ölkə
başçımız Cənab İlham Əliyev pandemiya hələ ölkəmizin sərhədlərindən uzaqda ikən mübarizəyə başlamaq
haqqında qərarlar qəbul etmişdir. Yanvar ayından başlayaraq ölkə ərazisinə
daxil olan şəxslərin səhhətinin yoxlanılaraq ölkəyə daxil olmasına icazə verilməsi
yerində atılan addımlardan biri idi. Cənab Prezidentimiz “Biz birlikdə
güclüyük” şüarı ilə xalqına müraciət edərək xalqda pandemiyaya qarşı mübarizədə
motivasiya yaratdı.
İzolasiya tədbirləri mərhələli şəkildə həyata keçirildi. Elə buna görə də
insanlar görülən preventiv tədbirlərə daha tez adaptasiya ola bildi.
Prezidentimiz pandemiyadan
minimum zərərlə çıxmaq üçün ən optimal qərarları qəbul etdi. İlk öncə
yaşlıların qayğısına qalaraq yaşı 65-dən
yuxarı vətəndaşların çölə çıxmasını qadağan etdi. Bununla belə Cənab Prezident yaşlılardan
diqqət və qayğısını əsirgəmədi. Yalnız yaşayan yaşlılara kömək etmək üçün
sosial xidmətçilər fəaliyyətə başladılar. Covid-19 ilə mübarizəyə dəstək fondu yaradıldı. Bu fonda ilk öncə Cənab
Prezidentimiz bir illik maaşını bağışladı və bu da böyükdən kiçiyə hər kəsə ruh
yüksəkliyi verdi. Kimin nəyə gücü çatır, bir manat belə fonda yardım göndərənlər
oldu. Səhiyyə sahəsinə diqqət artırıldı. Bakıda müasir dövrün tələblərinə cavab
verən ən son texnoloji tibbi avadanlıqlarla təchiz edilmiş böyük bir xəstəxana
açılaraq koronavirus xəstələrinin sağaldılması üçün istifadəyə verildi. Bununla
belə Prezidentimiz ən pis hallara hazırlıqlı olmaq üçün modul tipli xəstəxanaların
tikilməsini əmr etdi. Dünya təcrübəsi göstərir ki, test nə qədər çox aparılarsa
qabaqlayıcı tədbirlər o qədər çox işə yarayar. Məhz ölkəmiz Qafqazda ən çox
test aparan ölkələrin birincisidir. Sağalan xəstə sayının da 2000-i keçməsi səhiyyəmizin
necə inkişaf etdiyinin bariz nümunəsidir. Pandemiya dövründə biz müəllimlərin,
daim ayıq-sayıq olan polislərin və ən əsası qarşılarında hər birimizin baş əyməli
olduğumuz həkimləri çiyinlərinə böyük məsuliyyət düşür. Uzaqgörən, dəyərli
Prezidentimiz həkimlərimizin əziyyətini dəyərləndirərək maaşlarını bir neçə qat
artırmışdır.
Dünya nəhənglərinin-ABŞ, İtaliaya,
Fransa, Almaniya, İspaniya kimi dövlətlərin qarşısında aciz qaldığı bu bəla ilə
mübarizədə Azərbaycan ölkə başçımızın qəbul etdiyi doğru qərarlar ilə düzgün
yolda irəliyə gedir. Biz hamımız inanırıq ki, İlham Əliyev Cənablarının qəbul
etdiyi düzgün qərarlar və xalqımızın iradəsi sayəsində Covid-19 düşməni ilə
mübarizədə minimum zərərlə qalib gələcəyik.
Məlumdur ki, karantin rejimi ilə bir
çox müəssisələr fəaliyyətini dayandırdı və bir çox vətəndaşlarımız müvəqqəti də
olsa işsiz qaldılar. Dəyərli Prezidentimiz o vətəndaşlaırını da unutmadı. Zərər
çəkmiş sahibkarlara yardım etdi, imkansız ailələrə 190 manat dəyərində müavinət
təyin etdi. Xarici ölkə prezidentləri də bizim dözlətimizin koronavirus ilə
mübarizəsini çox yaxşı qiymətləndirir. Hələ bir neçə gün əvvəl ABŞ prezidenti
Donald Tramp Azərbaycanı koronavirusla mübarizəyə görə “böyük dövlət” adlandırıb. Dünya Səhiyyə Təşkilatı
da Azərbaycan Prezidetinin atdığı addımları müsbət qiymətləndirir.
Prezident İlham Əliyevin və birinci
xanım Mehriban Əliyevanın iştirakı ilə 9 iyun 2020-ci il tarixində Bakı,
Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın
açılışı oldu. Dövlət başçısının açılışda səsləndiyi fikirlər bizim üçün bütün sosial
dəstəklərlə yanaşı, mənəvi dəstəkdir. Cənab Prezident vuğuladı ki, Azərbaycan vətəndaşları
koronavirus pandemiyası ilə bağlı bizim bütün addımlarımızı dəstəkləyirlər.
Halbuki aydın məsələdir ki, pandemiya insanların normal həyat tərzinə təsir
edib, mənfi təsir edib. İnsanlar öyrəşdikləri həyat tərzindən müəyyən dərəcədə
uzaqlaşıblar. Məhdudiyyətlər var, eyni zamanda, artıq yeni məhdudiyyətlər də
ortaya qoyulur. Ancaq Azərbaycan vətəndaşları bilirlər ki, bu məhdudiyyətlərin əsas
səbəbi insanları qorumaqdır.
Koronavirus pandemiyasının bütün dünyanı bürüdüyü bir
vaxtda Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama
Hərəkatının fövqəladə Zirvə Görüşləri keçirildi. Pandemiya dövründə baş
tutmuş bu məsləhətləşmələr Azərbaycan dövlətinin beynəlxalq həmrəyliyi gücləndirilməsi
istiqamətində atdığı önəmli addım idi. Bununla yanaşı, ehtiyacı olan və bizə
müraciət edən 14 ölkəyə fərdi yardımlar göstərildi. Eyni zamanda, biz
Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstərilir.
Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan fərdi qaydada iki dəfə ianə veribdir və
beləliklə, Azərbaycan beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardım
göstərib
Artıq ölkəmiz mərhələli şəkildə
karantindən çıxma dövrünü yaşayır. Bir çox iş yerləri açılmağa başlayır. Biz
unutmamalıyıq ki, bu gözəgörünməz düşmən hələ də məhv olmayıb. Əvvəlki kimi
normal həyatımıza qayıda bilmərik. Bütün göstərişlərə əməl etməli, dezinfeksiya
və şəxsi gigiyena qaydalarına əməl etməliyik. Məcbur olmadıqca evimizi tərk etməməliyik.
Mən qeydsiz-şərtsiz inanıram ki, möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin
güclü siyasəti nəticəsində biz bu bəlaya qalib gələcəyik və bu qalibiyyət uzaq
deyil.
Xudayar
QULİYEV,
Xocalı
Rayon Yaloba kənd tam orta məktəbin
riyaziyyat müəllimi